Ev sahibləri növbəti mərhələyə vəsiqə qazandı  
	 
	Yunanstanda keçirilən 19 yaşlılar arasında Avropa çempionatının final mərhələ oyunlarının yekun vurulmasına az qalıb. 
	 
	Sportal.az xəbər verir ki, A qrupunda həllediçi matçına çıxan ev sahibi Yunansıtan yığması Fransa ilə üz-üzə gəlib. 
	 
	Bundan əvvəl iki oyunu qələbəylə başa vuran Fransa millisi son qarşılaşmada da yunanlara 2:0 hesabı ilə qalib gəlib. Qrupda maksimum xal toplayan fransızlar lider olaraq yarımfinala vəsiqə qazanıblar. A qrupundan ikinci olaraq Yunanıstan millisi növbəti mərhələyə yüksəlib. 
	 
	 
	12 iyul 
	 
	Fransa (U-19) – Yunanıstan (U-19)  2:0
	Qollar: Dihabi, 5, Dembele, 64                
	 
	
	 
                      
saytlarin hazirlanmasi