Dubl edən Kerer antiqəhrəman oldu
	 
	Yunanıstanda keçirilən 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində yarımfinala vəsiqə qazanan daha iki yığmanın adına aydınlıq gəlib.
	 
	Sportal.az xəbər verir ki, B qrupunun sonuncu turu 4 komanda üçün mühüm əhəmiyyət kəsb edib.
	 
	Rusiya millisi həlledici qarşılaşmada Almaniya yığması ilə üz-üzə gəlib. Şimal qonşularımızın yarımfinala vəsiqə qazanması üçün Bundestimlə oyunda heç-heçə də bəs edirdi.
	 
	Oyuna fəal başlayan almaniyalılar 12-ci dəqiqədə Kererlə hesabda önə keçiblər. Lakin ilk qolun müəllifi 32-ci dəqiqədə qapıları səhv salaraq antiqəhrəmana çevrilib. Birinci hissənin əlavə olunmuş dəqiqələrdə Bezdnejnıxın qolu rusiyalıları fasiləyə üstün yollayıb. İkinci hissədə Verner tablodakı 2-ləri cütləşdirsə də, almaniyalılar qalan vaxt ərzində  qələbə qolunu vura bilməyib. Almaniya yığması ilə bərabərə qalan Rusiya millisi qitə çempionatının yarımfinalına vəsiqə qazanıb.            
	 
	13 iyul 
	 
	 
	Rusiya (U-19) – Almaniya  (U-19)  2:2
	Qollar: Kerer, 32-öz qapısına, Bezdnejnıx, 45+2 – Kerer, 12, Verner, 65
	 
	
                      
saytlarin hazirlanmasi