36 yaşlı futbolçu karyerasını bitirdi

15:49 - 15 İyul 2015

Zədə səbəbindən

 

Əfsanəvi argentinalı futbolçu Pablo Aymar karyerasını bitirmək qərarına gəlib.

 

Sportal.az  xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi futboldan getməyə məcbur olub.

 

 “River Pleyt”ə yeni keçən Aymar sağ ayağında zədə olduğu üçün komandadan ayrı qalmışdı. Klubun baş məşqçisi Marselo Qalyardo da bu səbəbdən Aymarın xidmətinə ehtiyac duymadıqlarını bildirib. Bütün bunlar Argentina millisinin sabiq üzvünü futboldan getməyə vadar edib.

Xəbər xətti