"Roma" "Real" Madridi məğlub etdi

16:21 - 18 İyul 2015

Beynəlxalq Çempionlar Kubokunda

 

Avstraliyada dünyanın aparıcı klublarının iştirakı ilə Beynəlxalq Çempionlar Kuboku turniri davam edir.

 

Sportal.az xəbər verir ki, turnirdə İspaniyanın "Real" Madrid və İtaliyanın "Roma" klubları qarşılaşıb. 90 dəqiqəsi 0-0 hesabı ilə başa çatan matçın qalibinə penaltılar seriyasında aydınlıq gəlib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən italyanlar qarşılaşmadan qalib ayrılıb. (7-6)

 

Qeyd edək ki, kubokun digər matçında İngiltərə nəhəngi "Mançester Yunayted" Meksikanın "Amerika Meksika" komandasına 1-0 hesabı ilə qalib gəlib.

Xəbər xətti