Namizədliyini irəli sürəcək
UEFA prezidenti Mişel Platini FİFA prezidenti postuna namizədliyini irəli sürəcək.
Sportal.az xəbər verir ki, fransalı funksioner artıq 4 qitədən dəstək alıb.
M.Platini Cənubi Amerika Futbol Konfederasiyası, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası, Okeaniya Futbol Konfederasiyası və UEFA-ya arxalanır. Onu Almaniya Futbol İttifaqınının prezidenti Volfqanq Nirsbaxın əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Yozef Blatter iyunun 2-də FİFA prezidenti postunu tərk edəcəyini açıqlayıb.
saytlarin hazirlanmasi