Emin Nuri oynadı, "Kalmar" darmadağına sevindi

01:00 - 19 İyul 2015

16-cı turun matçı

 

İsveç çempionatının yüksək liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki,  Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.   

 

"Qırmızı qardaşlar" doğma meydanda “Falkenberqs”lə üz-üzə gəlib. Görüş 4:0 hesabı ilə ev sahibi komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nuri oyunu əvəzedilmədən keçirib.  

 

Qeyd edək ki, “Kalmar” 19 xalla 7-ci pillədə qərarlaşıb. 

Xəbər xətti