"Eybar" səfərdən 1 xalla qayıdır
İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" klubu da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Levante" ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən İsrafilov isə sona kimi də orada qalıb.
Qeyd edək ki, "Eybar" hazırda 8 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi