XI turun matçı
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun təxirə salınmış "Qəbələ" - "Kəpəz" görüşü keçirilib.
Sportal.az xəbər verir ki, matç dünən dayandığı 30-cu dəqiqədən oynanılıb. "Qəbələ" bu gün baş tutan 60 dəqiqəlik vaxtda bir qol vuraraq hesabı bərabərləşdirsə, "Kəpəz" son dəqiqədə hesabı yenidən öz xeyrinə dəyişə bilib.
Xatırladaq ki, dünən keçirilməli olan görüş qatı duman səbəbindən 30-cu dəqiqədə yarımçıq dayanıb.
1 noyabr
20:00.“Qəbələ” – “Kəpəz” 1:2
Qollar: Fakunda Pereyra, 69 - Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu