Yunis Hüseynov: "Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur"

23:29 - 2 Noyabr 2015

"Məqsəd Tounkaranı hirsləndirmək idi"

 

Premyer Liqanın XI turunun son görüşündə “Xəzər Lənkəran” səfərdə “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:

 

“Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq. Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub.  Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az  etiraz etdim.  Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq”.

Xəbər xətti