"Xəzər Lənkəran"a qələbə qazandıran futbolçu: "Neftçi" ilə matçdan sonra istədiyim oyunu oynaya bilmirəm"

00:01 - 3 Noyabr 2015

"Bu, tək mənim əziyyətim deyil"

 

Premyer Liqanın XI turunun son görüşündə “Xəzər Lənkəran” səfərdə “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın yeganə qolunun sahibi Elnur Cəfərov bunları qeyd edib:

 

"Komanda yaxşı mübarizə apardı. Qolu da vaxtında vurduq. Vurduğum qol tək mənim əziyyətim deyil. Rahid belə bir ötürmə etməsəydi, hər şey başqa cür də ola bilərdi. Yəni, qazanılan hər bir qələbə bütün komandanın əziyyətidir. "Neftçi" ilə matçdan sonra istədiyim oyunu oynaya bilmirəm. "Rəvan"la matçda da oyunumu heç bəyənmədim. Alınmayan cəhətlər üzərində işləməliyəm".

Xəbər xətti