5 oyuna 4180 azarkeş
Premyer Liqanın XI turu keçirilən 5 oyunla arxada qaldı.
Sportal.az xəbər verir ki, ən çox azarkeş Sumqayıtda qeydə alınıb. Belə ki, ötən gün keçirilən "Sumqayıt" - "Neftçi" matçını 2000 azarkeş izləyib. Azarkeş sayına görə ikinci ən çox maraq kəsb edən matç "Qarabağ" - AZAL (2:0) oyunu olub ki, burada da 830 tamaşaçı olub.
"Rəvan" - "Xəzər Lənkəran" (0:1) matçında 600, "İnter" - "Zirə" (0:0) qarşılaşmasında 450, ""Qəbələ" - "Kəpəz" (1:2) oyununda isə 300 azarkeş oyunu stadiondan izləyib.
saytlarin hazirlanmasi