Pul verilməsə...
Bakının "İnter" klubunda maliyyə probleminin olduğu barədə xəbər vermişdik. Futbolçular 1 ay yarımdır ki, öz maaşlarını və Avropa Liqası premyasını da ala bilmirlər.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "İnter" futbolçuları buna etiraz olaraq Premyer Liqanın XII turu çərçivəsində keçiriləcək "Qəbələ" ilə matça çıxmaya bilərlər. Artıq, bütün futbolçular oyun gününə qədər pulun verilməyəcəyi təqdirdə matça çıxmayacaqlarını qərara alıb.
Qeyd edək ki. "Qəbələ" - "İnter" matçı noyabrın 9-u saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi