"İki cəbhədə mübarizə aparmağa gücümüz çatır"
Səfərdə "Borusiya" ilə qarşılaşacaq "Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Almaniyaya yola düşməzdən əvvəl Qəbələ Beynəlxalq Hava Limanın jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Almaniyaya hansı ümidlərlə yollanırsız?
- Ora yalnız ümüdlə gedirəm. Bacardığım qədər oyunumuzdan həzz almağa çalışacam. Çalışacağıq ki, çox xal gətirək.
- İlk oyundan sonra necə düşünürsüz? Xalla dönmək realdı?
- Əlbəttə xal qazanacağımıza inanırıq. Əgər inanmasaydıq qrup mərhələsinə gələ bilməzdik. Xal qazanmaq üçün yollanırıq.
- Bakıdakı oyundan sonra “Borussiya”nın zəif tərəflərini müəyyən edə bilmisiz?
- Elə bir komanda yoxdu ki, onun problemləri olmasın. Biz yüksək templə oynasaq və bu tempi sonadək davam edə bilsək o zaman nəticə olacaq.
- İlk oyunda kifayət qədər qol vəziyyətlərindən yararlana bilmədiz. Baş məşqçi bu çatışmazlıqların üzərində işləyib?
- Əlbəttə bunun üzərində işləmişik. Bu bizim çatışmayan cəhətimiz idi. Növbəti oyunda bələ şanslardan istifadə edib qol vurmalıyıq.
- Stadion tam dolacaq. “Borussiya”nın azarkeşlərindən çəkinmirsiz?
- Hamının yerinə cavab verə bilmərəm. Amma biz belə atmosferləri hiss etmək üçün bu turnirdə mübarizə aparırıq. Düşünürəm ki, buna öyrəşmək zamanıdı.
- Komanda iyun ayından sıx qrafiklə oynayır. Bu çətinlik yaratmır? Özünüzdə yorğunluq hiss edirsiz? 2 fərqli heyətlə oynamağın zamanı deyil?
- Heyəti dəyişmək məşqçinin işidi, buna məşqçi qərar verir. Mənim fikrimcə futbolçular yorulmayıb, hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatır.
saytlarin hazirlanmasi