Dodo: "Erkən qol vursaq, oyunun gedişini dəyişə bilərik" MÜSAHİBƏ

16:40 - 3 Noyabr 2015

"Biz ora qələbə qazanmaq düşüncəsi ilə gedirik"

 

"Qəbələ"nin kapitanı Dodo "Borussiya" Dortmundla oyun öncəsi jurnalistlərə müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- “Borussiya” ilə oyun barədə nə düşünürsən?

- Hər bir futbolçu kimi mən də qalib gəlmək istəyirəm. Əlbəttə rəqib güclü komandadı, onlara qarşı oynamaq çox çətin olacaq. Amma biz ora qələbə qazanmaq düşüncəsi ilə gedirik.

 

- Bakıda qolu gec vurdun. Dortmundda daha tez vurub oyunun axarını dəyişə bilərsən?

- İmkanın olarsa 1-ci dəqiqədə qol vurmağa çalışaram. “Xəzər Lənkəran”la oyunda olduğu kimi istəyərəm Dortmundda da erkən qol vuraq. Əgər bunu bacarsaq, oyunun gedişini dəyişə bilərik.

 

- Oyuna hücumlarla başlayacaqsız, yoxsa ehtiyyatlı oynamağa çalışacaqsız?

- Son 2 oyundu oynamıram. Baş məşqçi bizim üçün “Borussiya”nı analiz edib. Oyunlarının videolarını izləmişik. Amma hələ taktika ilə oynayacağımızı seçməmişik. Oyuna qədər vaxtımız var və bu barədə qərar verəcəyik.

 

- Son nəticələr futbolçularda psixoloji gərginlik yaradıb?

- Yox, düşünmürəm ki, psixoloji gərginlik yaradıb. Futbolda qalib gəlmək də var, məğlub olmaq da. Əlbəttə məğlubiyyət pis təsir edir, amma bu gərginlik yaratmır.

 

- Qapıçının zədələnməsi necə təsir edəcək oyununuza?

- Düşünmürəm ki, bu itki bizə çətinlik yarada bilər. Çünki Bezotosnunu əvəz edəcək qapıçımız var. Ona inanıram. 

Xəbər xətti