"Ümid edirəm ki, normal oyun gedəcək"
Almaniyanın "Borussiya" klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı səfər matçına aparılmamasından, eləcə də sabah baş tutacaq cavab oyunundan danışıb.
Sportal.az xəbər verir ki, Ermənistan yığmasının üzvü bunları söyləyib:
"Bəziləri Azərbaycana getməməyim barədə qərarın düzgün olduğunu deyirdi. Bəziləri isə təsdiq edir ki, Azərbaycana gedə və orada oynaya bilərdim. Lakin düşünürəm ki, getməməklə, Almaniyada qalmaqla düzgün qərar qəbul etdim. Həm də bu, artıq geridə qalıb və çox danışmaq istəmirəm. Hazırda yalnız "Qəbələ" ilə qarşıdakı cavab oyununu düşünürəm. Ümid edirəm ki, normal oyun olacaq. Mənim heç kimə nəyisə sübut etmək fikrim yoxdur". (Azerisport.com)
saytlarin hazirlanmasi