Sergey Zenyov: "Qələbəmizə inanmasaydım, meydana çıxmazdım" MÜSAHİBƏ

16:19 - 4 Noyabr 2015

"Ümidvaram ki, asan olacaq"

 

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" səfərdə Dortmund "Borussiya"sının qonağı olacaq.

 

"Qəbələ"nin futbolçusu Sergey Zenyov oyun haqda düşüncələrini Sportal.az-la bölüşüb:

 

- “Borussiya” ilə oyun haqda ne deyə bilərsən?

- Təbii ki, çətin olacaq. Çünki, son vaxtlar “Borussiya” bütün komandalara qarşı uğurlu oynayır. Almaniya çempionatında da uğurlu çıxış edirlər. Üstəlik də onlar doğma meydanda oynayacaqlar. O cür azarkeş qarşısında oynamağı nəzərə alsaq, indidən nəsə demək düzgün olmaz. Dortmundda heç bir komandanı asan oyun gözləmir.

 

- Artıq, siz “Borussiya”nı və onlar da sizi yaxşı tanıyır. Bu amil sizin üçün üstünlük ola bilər?

- Ümidvaram ki, asan olacaq. Amma, onu da bilirəm ki asan olmayacaq. (gülür). Bizimlə oyundan sonra “Borussiya” daha yaxşı formaya düşüb.

 

- Futbolda şans həmişə var. Amma, çox adamdan soruşsaq, heç kəs “Qəbələ”nin qələbəsinə inanmaz. Siz necə düşünürsünüz? Sürpriz etmək olar?

- Qələbəmizə inanmasaydım meydana çıxmazdım. Məğlub olacağına inanırsansa, meydana çıxmağa dəyməz.

 

- Bakıdakı oyunda buraxdığınız hansı səhvləri bu oyunda etməmək istərdiniz?

- Bakıda ilk dəqiqələrdə çox qol imkanı əldə etdik. Lakin, qol vura bilmədik. Bu oyunda ələ düşən bütün fürsətlərdən yararlanmaq lazımdır.

 

- İlk oyunda bir epizod oldu. Təəssüflənirsənki həmin epizodda Dodoya pas atdın?

- Çox təəssüflənirəm ki, bu qərarı verdim. Açığı, heç fikirləşmirdim ki Dodo oyundan kənar vəziyyətdə olar. Amma, onu düşünmək üçün çox zamanım yox idi.

 

- Bu matç “Qəbələ”nin qrupdan çıxmaq üçün son şansı ola bilər?

- Hələ ki, şanslarımız var. Ona görə də sona qədər mübarizə aparmalıyıq. 

Xəbər xətti