- İtirilən 2 xala görə, təssəlli tapmaq olarmı?
- Mən hər nəticəyə görə şükr etmişəm. Məncə, ədalətli nəticədir. Onlar da yaxşı oynadılar. Biz qalibiyyət üçün çıxmışdıq, amma alınmadı.
- Ötən ildə “Qarabağ”ın qrupda 4 oyundan sonra 4 xal var idi, bu mövsümdə...
- “Biz bu qrupa düşəndə fikirləşirdik ki, 1-2 xal yığsaq bizim üçün yaxşı olar. Amma biz adlı-sanlı rəqiblərimizlə başa-baş mübarizə apardıq. Sadəcə, qələbə qazandıqca iştah daha da artır. Bu oyundan sonra daha güclü “Tottenhem” gəlir.
- Şehiçin oyunu barədə nə deyərdiz? Çünki buraxılan qolda topu tuta da bilərdi...
- Şehiçin çıxışından razı qaldım. Məncə Şehiç o epizodda əllə də tuta bilərdi. Bu epizodu normal qarşılayıram. Ancaq topu tutsaydı qəhrəman olacaqdı. Yenə də Şehiçdən razıyam.
- Meydanın mərkəzində top saxlamaqda və uzaqdan zərbələr vurmaqda çətinlik çəkirdiz...
Rəqib imkan vermədi. Orta sahə bağlı idi. Bir neçə epizodda meydanın mərkəzindən getdik. Rəqibi də nəzərə almaq lazımdır.
- Dəyişikliklərlə bağlı nə deyə bilərsiz? Çünki bütün dəyişikliklərdən istifadə etmədiniz...
- Əgər hesab 1:0 davam etsəydi dəyişiklərim fərqli olacaqdı. Biz bütün komanda ilə çalışırdıq. Sona 10-12 dəqiqə qalmış hücum xəttində daha güclü olsaydıq pis olmazdı.
saytlarin hazirlanmasi