Henrik Mxitaryan: "Qəbələ"yə qol vurmaq çox xoşdur, ancaq bu, mənim üçün prinsipial deyildi"

01:10 - 6 Noyabr 2015

"Xüsusi qol vurmaq məqsədim yox idi"

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" səfərdə Dortmund "Borussiyası"na 4:0 hesabı ilə məğlub olub.

 
Dortmund "Borussiya"sının erməni futbolçusu Henrik Mxitaryan Sportal.az-ın Almaniyaya ezam olunmuş əməkdaşına oyun haqda müsahibə verib.
 
 
- Oyun haqda fikirləriniz?
 
“İlk qola qədər çətin oldu. Lakin hesabı açdıqdan sonar rahat oynadıq və oyunumuz istədiyimiz kimi alındı”
 

- İlk oyunda Bakıya gəlmədiniz…

 

- İlk qarşılaşmada Bakıya gəlmək istəyirdim. Lakin təhlükəsizlik baxımından hər hansı bir problemin çıxmaması üçün gəlmədim

 

- Azərbaycana bir çox erməni idmançılar gəlib, təhlükəsizlik baxımından heç nə baş verməyib…

 

- Futbolçulardan gələn olmayıb. Bakıya gedənlər digər idman növü ilə məğul olan erməni idmançılar olub.

 

- Gəlsəydiniz, pis mənada nəsə baş verəcəkdi?

 

- Bu haqda dəqiq fikir söyləyə bilmərəm. Bu məni qoruyanlardan asılı olacaqdı.

 

- “Qəbələ” ilə oyunda erməni bayraqları asılmışdı. Bu yalnız “Qəbələ” ilə oyunda baş verdi? Yoxsa Bundesliqa matçlarında da bu hallar baş verir?

 

- Xeyr, erməni bayraqları Bundesliqa matçlarında da dalğalanır. Məni dəstəkləmək üçün stadiona gəlirlər. Ola bilər ki, Ermənistandan bayrağı dalğalandıranlar məhz bu oyuna görə gəlsin. Amma mən inanmıram ki, bu “Qəbələ”yə qarşı təxribat olsun. Çünki bu hər zaman baş verir.

 

- “Qəbələ” qol vurmaq üçün xüsusi məqsədiniz var idi?

 

- Xüsusi qol vurmaq məqsədim yox idi. Mən bütün oyunlarda qol vurmağa çalışıram. Bu oyuna xüsusi yanaşmam yox idi. Çox xoş idi ki, “Qəbələ”yə qol vurdum, amma bu prinsipial xarakter daşımırdı.

Xəbər xətti