"Komandamın oyunu ilə fəxr edirəm"
Azərbaycan Premyer Liqasında səfərdə AZAL-ın qonağı olan "Kəpəz" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:
“Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm. “Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.
saytlarin hazirlanmasi