Tərlan Əhmədov: "Futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi"

19:54 - 7 Noyabr 2015

"Məqsədimiz 3 xal qazanmaq idi"

 

Azərbaycan Premyer Liqasında səfərdə AZAL-ın qonağı olan "Kəpəz" 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

 

“Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi.  Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”. 

Xəbər xətti