"Hər bir futbolçu istəyər ki, millinin şərəfini qorusun"
Ötən gün Premyer Liqanın XII turu çərçivəsində keçirilən "Zirə" - "Sumqayıt" (3:2) matçından sonra meydan sahiblərinin futbolçusu Adil Nağıyev Sportal.az-ın suallarını cavablandırıb:
- “Sumqayıt”la oyun haqda nə deyə bilərsən?
- Həm ağır, həm də maraqlı oyun oldu. Bu oyunda bizi yalnız qələbə qane edirdi. Şükür ki, bunu bacardıq. Çoxlu qol epizodlarından istifadə edə bilmədik. Bu amil də bizdə müəyyən dərəcədə həyəcan yaradırdı.
- Bir neçə oyun oyun idi ki, qələbə qazana biolmirdiniz. Bu qələbə ilə yeni bir uğurlu seriyanın başlanğıcını qoya bilərsiniz?
- Bəli. Biz bir neçə oyunudur ki, qələbəyə həsrət idik. Amma onu da qeyd edim ki, ən azından məğlub da olmurduq. Bu gün qalib gəlməklə uğurlu seriyanın başlanğıcını qoyduq.
- Çempionatda fasilə yaranır. Bu amil komandaya avantaj sayıla bilər?
- Fasiləyə qələbə ilə getmək komandada əhval-ruhiyyəni daha çox artıracaq.
- Ötən mövsüm bir çox qol vursan da, bu mövsüm ilk dəfə fərqləndin. Bu qol haqd nə deyə bilərsən?
- Həqiqətən belə bir ağır oyunda qol vurmaq , komandamı hesabda önə çıxarmaq başqa bir hissdir. Qol vurduğuma görə çox sevinirəm.
- U-21 millsinin heyətinə qoşulacaqsan. Nəzərə alsaq ki, millimiz uğursuz nəticələrlə yadda qalır, bu toplanışdan nə gözləmək olar?
- Bildiyiniz kimi, Almaniya millisi ilə səfərdə, 3 gün sonra isə Bakıda Rusiya yığmasını qəbul edəcəyik. Çalışacağıq ki, bu iki oyunda da maksimum nəticə əldə edək və uğursuz seriyaya son qoyaq.
- Mətbuatda Prosineçki tərəfindən bəyənildiyin deyilir. Əsas milliyə dəvət alacağına inamın var?
- Mən də sizin kimi mətbuatda yazılanları gördüm. Amma, düzünü deyim ki, sevindim. Hər bir futbolçu istəyər ki, millinin şərəfini qorusun. Mən də hər zaman əsas milliyə düşmək üçün əlimdən gələni edəcəm və bunu öz oyunumla sübut etməyə çalışacam.
saytlarin hazirlanmasi