Tahir Süleymanov: "Son tur müsibətindən sonra özlərinə hörmət edən insanlar "Neftçi"də qalmazdı"

16:55 - 9 Noyabr 2015

"Bu insanları futbol yox, özləri maraqlandırır"

 

"Neftçi" cari mövsümdə uğursuz çıxışlarını davam etdirir. Ötən gün Premyer Liqanın XII turuna "Rəvan"a 2:3 hesabı ilə məğlub olan komandada vəziyyətin olduqca acınacaqlı olduğu görsənir. Hətta, bu durumdan klubun azarkeşləri də çox narazıdır.

 

Bu duruma klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:

 

"Neftçi"nin durumunu hər kəs görür, bir klub rəhbərliyindən başqa. "Neftçi"ni bu duruma salmaq futbol adına cinayətdi. Rəhbərliyi futbol yox, şəxsi maraqları düşündürür. Necə ki, Elnur Məmmədov havadarlarının göstərdiyi qayğı sayəsində Asiyada klub idarəçiliyi ilə bağlı muhazirə oxuyacaq. Yəqin, mövzu "qısa müddətdə tarix yazmış klubu necə dağıtmaq olar" olacaq. Çingiz Abdullayev və Müşahidə Şurasının kluba təsir qüvvəsi yoxdur. "Neftçi"ni Elxan Məmmədovun sozü olmasın, "de-fakto" Elnur Məmmədov idarə edir. "De-yure"lərin işi isə skayboksda biabırçı məğlubiyyətləri müşahidə etməkdən ve günahsız "Neftçi" azarkeşlərinin son həddə çatıb təhqirlərinə qulaq asmaqdan ibarətdi. "Neftçi"ni xilas etmək lazimdı. Məncə, Çingiz Abdullayev özü artiq hansı vəziyyətə düşdüyünün fərqindədir. Fürsət düşən kimi hər tində şəkil çəkdirib rəsmi sayta qoyanlar biabırçı məğlubiyyətlərə cavab vermək əvəzinə, qaçıb gizlənib bir-iki futbolçunu veriblər qabağa. O futbolçular ki, bizim dönəmimizdə ehtiyatda oturub 10-15 dəqiqə meydana çıxmaq üçün məşq edirdilər. Amma, indi sanki klubu hələ futbolda, "Neftçi"də heç bir uğur qazanmamış həmin futbolçular idarə edirlər. Bu, ancaq acı gülüş doğura bilər. Mladostdan başlayıb son tur müsibətindən sonra özlərinə hörmət edən insanlar "Neftçi"də qalmazdı. Amma, sadəlöhv olmaq lazım deyil. Bu insanları futbol yox, özləri maraqlandırır. Yəqin, tribunaların təhqirlərini eşitmək onlara xoşdur".

Xəbər xətti