Zaur Svanadze: "Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir"

19:00 - 9 Noyabr 2015

"Komandanın oyunundan razı qaldım"

 

Azərbaycan Premyer Liqasında XII tur çərçivəsində doğma meydanda "İnter"i qəbul edən "Qəbələ" 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:

 

“Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.

Xəbər xətti