"Qəbələ"nin futbolçusu: "Biz Azərbaycanda heç bir komandadan zəif deyilik" MÜSAHİBƏ

00:20 - 12 Noyabr 2015

"Hələ çempionluq şanslarını dəyərləndirmək tezdir"
 
"Qəbələ"nin futbolçusu Samir Zərgərovun sportal.az saytına müsahibəsi:
 
- "İnter"lə matçda qələbə qazana bilmədiniz....
- Çoxlu qol şanslarımız olsa da, qələbə qazana bilmədik. Son vaxtlar az qol vururuq. Məşqlərdə də bunun üzərində çox işləyirik. yəqin ki, bu problemi yavaş-yavaş aradan qaldıracağıq. Mən deməzdim ki, Avroliqadakı oyunlarımız Premyer Liqa oyunlarına təsir edir. Düzdür, az da olsa, yorğunluq hiss olunur. Biz Azərbaycanda heç bir klubdan zəif deyilik. Sadəcə, əldə etiyimiz fürsətlərdən maksimum yararlana bilmirik.
 
- Hücum xəttiniz son oyunlarda elə də fəal deyil...
- Bəli, son oyunlarda az qol vururuq. Məşqlərdə də bunun üzərində işləyirik. Çalışacağıq ki, bu problemi aradan qaldıraq.
 
- Avroliqanın oyunları Premyer Liqa oyunlarına təsir edir?
- Avroliqanın oyunları çempionat oyunlarına mənfi təsiri olmur. Bəli, az da olsa, yorğunluğumuz olur. Amma bu da səbəb deyil. Rəqib komandalar Qəbələyə qarşı sıx futbol oynayırlar. Demək olar ki, hər oyun təkqapı oynayırıq .
 
- "Qarabağ"da Avroliqada çıxış edir. Onlar hazırda turnir cədvəlinə başçılıq edirlər. Belə çıxır ki, "Qəbələ" "Qarabağ"da zəifdir?
- Biz Azərbaycanda heç bir komandadan zəif deyilik. Sadəcə, qol imkanlarından yararlana bilmirik. Elə “İnter”lə matçda da kifayət qədər qol epizodlarımız oldu .
 
- Baş məşqçiniz Roman Qriqorçukun adı Ukrayna yığması ilə birgə hallandıqdan sonra "Qəbələ" uğurlu çıxış edə bilmir...
- Mətbuatdan biz də Qriqorçukun ayrılacağı ilə bağlı xəbərləri oxuyuruq. İnanki bu doğru deyil. Heç futbolçular öz aralarında da bu haqda danışmırlar.
 
- Sizcə, "Qarabağ" kimi rəqiblə 7 xallıq fərqi aradan qaldırmaq mümkün olacaq?
- "Qarabağ"dan çox geri düşdük. Amma çempionat uzundur. Xal fərqini aşağı salmaq çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, bunu aradan qaldıraq. Hələ çempionluq şanslarını dəyərləndirmək tezdir".

Xəbər xətti