Xaqani Məmmədovla bağlı şok VİDEO

15:55 - 13 Noyabr 2015

Rüşvət qalmaqalı

 

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və sabiq referi Ramiz Əsədovla bağlı sensasiya sayılacaq video yayılıb.

 

Sportal.az Sportinfo.az satına istinadən xəbər verir ki, bu videonun əks olunduğu oyun hələ 2001-ci ildə UEFA kuboku çərçivəsində keçirilən "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında keçirilib.

 

Həmin qarşılaşma azərbaycanlı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi təyin olunan Asim Xudiyevə Rufulla Kərimov və Ramiz Əsədov köməklik edib. Xaqani Məmmədov isə dördüncü referi funksiyasını yerinə yetirib.

 

Latviya baş tutmuş ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan Xorvatiya təmsilçisini cavab matçında 1:0 hesablı qələbə də qane edirdi. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini dəqiq yerinə yetirən Xorvatiya təmsilçisi hesabda önə keçib. Bu hesab "Osiek"i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmilərinin ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif etdiyi iddia olunur.

 

Aşağıdakı təqdim etdiyimiz videonun 3.40-cı saniyəsində Xaqani Məmmədovun 72-ci dəqiqədə qonaqların sonuncu əvəzetməsi zamanı laysman Ramiz Əsədova "heç-heçəyə 15 dənə verirlər" deməsi aydın eşidilir.

 

Qeyd edək ki, oyun elə 1:0 hesabı ilə başa çatıb və Xorvatiya klubu növbəti mərhələyə yüksəlib.

 

Xəbər xətti