"Bakı"da yenə maliyyə problemi: Maaşlar verilmir ÖZƏL

00:02 - 14 Noyabr 2015

Futbolçular da narazıdır
 
Bu mövsümdən I Divizionda çıxış edən "Bakı"da maliyyə durumunun düzəlmsəi və futbolçuların maaşlarını vaxtı-vaxtında aldığı deyilirdi.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, komandada yenə də maliyyə problemi hökm sürür. Belə futbolçular artıq 3-cü aydır ki, maaş üzünə həsrətdir. Hətta vəziyyət o həddə çatıb ki, futbolçulara klub bazasında yemək də verilmir.
 
Klub rəhbərliyi futbolçulara hər dəfə bildirilir ki, klub prezidenti Hafiz Məmmədov yaxın günlərdə komanda ilə görüşəcək və problem həll ediləcək.

Xəbər xətti