Millimiz Moldova ilə matça qara sarğıda çıxacaq

19:31 - 14 Noyabr 2015

UEFA-nın qərarına görə
 
UEFA ötən gün Parisdə baş verən terrorla bağlı yeni qərar qəbul edib.
 
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yaxın günlərdə UEFA-nın bayrağı altında keçiriləcək görüşlərdə komandalar Parisdə terror hadisəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edəcəklər. Həmçinin futbolçular oyuna qara sarğı ilə çıxacaqlar. Bu qərar millimizin Moldova yığması ilə keçirəcək yoldaşlıq görüşünə də şamil olunur.
 
Qeyd edək ki, Azərbaycan – Moldova yoldaşlıq görüşü 17 noyabr baş tutacaq.

Xəbər xətti