"Xəzər Lənkəran"ın legionerindən şad xəbər: "Əməliyyata ehtiyac olmadı"

00:02 - 15 Noyabr 2015

"Bərpa prosesi keçirəm"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin "Rəvan"la matçda aldığı zədədən sonra əməliyyat olunacağı deyilirdi.

Skarlatake Sportal.az-a açıqlamasında zədəsinin ciddi olmadığını və əməliyyata ehtiyac olmadığını bildirib:
 
"Tibbi müayinədən keçdikdən sonra, əməliyyat olunmayacağım məlum oldu. Hazırda bərpa prosesi keçirəm, qısa müddətdə komanda ilə məşqlərə başlayacam. Ən pis ehtimalda 4 həftə sonra oynaya biləcəm".

Xəbər xətti