"Xəzər Lənkəran"ın kapitanının yeni klubu rəsmən bəlli oldu FOTO

16:47 - 31 May 2016

"Zirə" ilə bir illik müqavilə imzalayıb

 

“Zirə”də heyətlə bağlı çalışmalar davam edir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilk transferini reallaşdırıb. Təcrübəli müdafiəçi Tural Cəlilov “qartalllar”ın sırasına qoşulub. Futbolçu ilə bir illik müqaviləyə imza atılıb.
 
Tural Cəlilov ötən mövsüm “Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına “Ədliyyə”də başlayan Tural “Gənclərbirliyi”, “Simurq” və “Rəvan”da da çıxış edib. Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.
 

Xəbər xətti