Kubokun finalından əvvəl "Neftçi"nin düşərgəsində yaşanmış qalmaqal ÖZƏL

17:05 - 31 May 2016

Futbolçular borcların paylanmasını tələb ediblər

 

Bu mövsüm adına yaraşmayan çıxış sərgiləyən “Neftçi” Premyer Liqanı 6-cı pillədə başa vurdu. Azarkeşlərin könlünü almaq üçün ölkə kubokunu əldə etmək şansı qazanan “Neftçi” finalda məğlub olmaqla bu fürsəti də boşa verdi.

 

Sportal.az saytı “Qarabağ”la final oyunundan əvvəl “Neftçi” düşərgəsində yaşananlarla bağlı məlumat əldə edib. Əldə etdiyimiz məlumata görə, həlledici oyundan əvvəl futbolçularla rəhbərlik arasında qalmaqal yaşanıb. Aylardır maaş almayan futbolçular heç olmasa kubokun finalına vəsiqə qazandıqları üçün vəd edilmiş mükafatın paylanmasını tələb ediblər. Bu söz-söhbətlər nəticə verməyib, futbolçular final matçı öncəsi də klubdan borclarını ala bilməyiblər.

 

Qeyd edək ki, kubokun final oyunu Miçelin əlavə vaxtın sonlarında vurduğu qolla “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə sona çatıb. 

Xəbər xətti