Melli və Anyete ilə yolları ayrılır
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi” heyətində müəyyən dəyişiklik edəcək.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar” ümidləri doğrultmayan bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Artıq həmin futbolçuların siyahısı da bəlli olmaq üzrədir. Belə ki, mövsümün əvvəlində "Sumqayıt"dan transfer edilən Məhəmməd Qurbanovla yollar ayrılacaq. 24 yaşlı futbolçunun "Sumqayıt”a qayıdacağı haqda xəbər vermişdik.
Paytaxt təmsilçisi Antonio Salas Quinta (Anyete) və Xuan Alberto Mellinin də çıxışından razı deyil. Hər iki ispaniyalının komandadan göndəriləcəyi gözlənilir.
Xatırladaq ki, "Neftçi"ni Erik Ramos və Ailton Silva tərk edib.
saytlarin hazirlanmasi