Gürcüstanlı futbolçu "bankirlər"dən ayrıldı
Bakının "İnter" klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu gürcüstanlı qapıçısı Georgi Lomaya ilə yolları ayırıb. 2009-cu ildən "İnter"in şərəfini qoruyan təcrübəli qolkiper müqaviləsini yeniləməyib.
Qeyd edək ki, "bankirlər” Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze, Ruslan Əmircanov, Vüqar Nadirov, Sezar Meza Kolli və Yuri Fomenko ilə də yolları ayırıb.
saytlarin hazirlanmasi