Arveladze "Neftçi" ilə danışıqlar apardığını təsdiqlədi
Türkiyədə “Kaysrispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi komandaların baş məşqçisi olmuş gürcü mütəxəssis Şota Arvaladzenin “Neftçi”ni çalışdıra biləcəyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Arvaladze hətta buna görə bir neçə gün öncə Bakıya gəlmişdi.
O, həm 17 yaşlılar arasında Avropa çempionatını izləyib, həm də “Neftçi” rəhbərliyi ilə danışıqlar aparmışdı.
43 yaşlı mütəxəssis verdiyi açıqlamada yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:
“İki klubdan rəsmi təklif almışam. “Makkabi” (Tel-Əviv) və “Neftçi” (Bakı) klublarından birini çalışdıra bilərəm. Bundan əlavə, Türkiyə, Rusiya və İspaniyadan da maraq göstərən komandalar var”.
Qeyd edək ki, Arveladzenin son iş yeri “Trabzonspor” klubu olub.
saytlarin hazirlanmasi