Millimiz Kanada ilə oyuna bu heyətlə çıxacaq FOTO

13:13 - 3 İyun 2016

Millimizin heyəti məlum oldu
 
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün son yoxlama oyununu keçirəcək. Millimiz Kanada yığması ilə üz-üzə gələcək.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, artıq milli komandamızın sözügedən qarşılaşma üçün start heyəti də bəlli olub.
 
Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq qarşılaşmada millimiz bu heyətlə mübarizə aparacaq:
 
Kamran Ağayev, Pavel Paşayev, Maksim Medvedev, Adil Nağıyev, Rəşad Sadıqov (k), Qara Qarayev, Dimitri Nazarov, Eddi İsrafilov, Əfran İsmayılov, Namiq Ələsgərov, Ruslan Qurbanov.
 

Xəbər xətti