Millimizdə ciddi itki: Kanada ilə matçda oynamayacaq

14:08 - 3 İyun 2016

Hüseynov sıradan çıxdı
 
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək. 
 
Sportal.az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Kanada millisi ilə qarşılaşacaq. Əldə etdiyimiz məlumata görə, sözügedən matçdan öncə millimiz ciddi itki ilə üzləşib. Belə ki, "Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Makedoniya ilə maçtdan sonrakı məşqlərin birində zədələnib. O, Kanada ilə baş tutan matçda iştirak etməyəcək.
 
Qeyd edək ki, Azərbaycan – Kanada oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti