İyunun 9-dan 31 avqusta qədər
Azərbaycanda 2016/17 mövsümünün yay və qış transfer pəncərəsinin vaxtı müəyyənləşib.
Sportal.az-a PFL-dan verilən məlumata görə, 9 iyun yay transfer pəncərəsi rəsmən açıq elan olunacaq. Premyer Liqa təmsilçiləri 31 avqust tarixinə qədər heyətlərini gücləndirə biləcəklər.
Qış transfer dönəmi isə 2017-ci il yanvarın 4-də açıq elan olunacaq və fevralın 1-dək klublar heyətlərini gücləndirə biləcəklər.
saytlarin hazirlanmasi