"Sumqayıt" "Neftçi"nin futbolçusuna "elçi düşdü" ÖZƏL

15:40 - 8 İyun 2016

Abbasov "kimyaçılar"a keçə bilər
 
"Sumqayıt" "Neftçi"nin gənc futbolçusuna elçi düşüb.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "kimyaçılar" yarımmüdafiəçisi Mirabdulla Abbasovu heyətinə qatmaq istəyir. Futbolçunun özü də "Sumqayıt"da oynamağın əleyhinə deyil. Transferin reallaşmamasına səbəb isə hələlik "Neftçi"nin futbolçu haqda qərar verməməsidir.
 
Qeyd edək ki, Abbasov geridə qalan mövsümün ikinci yarısını icarə əsasında Latviyanın "Dauqavpils"də oynayıb.

Xəbər xətti