"Nefçi"nin onu buraxmaq fikri yoxdur"
"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan milli komandasının və "Neftçi”nin hücumçusu Ruslan Qurbanovun adının "Qəbələ” ilə birgə hallanmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub rəsmisi Qurbanovla danışıq aparmadıqlarını bildirib:
"Bilirsiniz ki, Ruslan Qurbanovun "Nefçti” ilə müqaviləsi var. Məndə olan məlumata görə "Nefçi”nin onu buraxmaq fikri yoxdur. Bu haqda xəbərlərin çıxmasını normal qarşılaya bilərik. Amma Ruslan Qurbanova rəsmi təklif göndərməmişik".
saytlarin hazirlanmasi