Vaqif Cavadov seçim qarşısında: ya "Neftçi", ya da Türkiyə variantı

12:12 - 10 İyun 2016

Türkiyədən də təkliflər var
 
Vaqif Cavadovun "Sumqayıt"la yeni müqavilə imzalamadığı haqda xəbər vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" ilə danışıqlar aparan forvarda Türkiyə klublarından da təkliflər var. Milli komandamızın üzvü isə son qərarını hələ ki verməyib.
 
Qeyd edək ki, Vaqif Cavadov Türkiyənin "Qaziantep" BB və "Boluspor" klublarının formasını geyinib.

Xəbər xətti