"Kəpəz"də daha bir ayrılıq

23:15 - 10 İyun 2016

Millinin futbolçusu Gəncə təmsilçisindən getdi
 
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Kəpəz" klubunda daha bir ayrılıq baş verib.
 
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi millimizin futbolçusu Budaq Nəsirovla yolları ayırıb. Gənc futbolçu müqavilə ilə məxsus olduğu "Sumqayıt"a qayıdıb.
 
Əlavə edək ki, Nəsirov "Kəpəz"də icarə əsasında çıxış edirdi.
 
Qeyd edək ki, "Kəpəz" Junior Osvaldo, Tərlan Quliyev, Bəxtiyar Soltanov və Namiq Ələsgərovla da yolları ayırıb.

Xəbər xətti