AFFA daha bir futbolçunu milliləşdirdi: Yığma komandamızda yeni qapıçı

15:02 - 11 İyun 2016

"Altınoru"nun qapıçısı təlim-məşq toplanışına qoşuldu
 
17 yaşadək futbolçulardan ibarət milli komandamız Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışındadır. Təbriz Həsənovun yetirmələri iyunun 25-nə qədər Rostovda hazırlıq keçəcək.
 
Sportal.az xəbər verir ki, təlim-məşq toplanışında millimizə yeni qolkiper cəlb edilib. Türkiyənin "Altınordu" klubunun qapıçısı Məhəmməd Can Tuner yığmamıza qoşulub. Bu barədə "Altınordu" klbunun rəsmi saytı məlumat yayıb.
 
"Altınordu"nun rəsmisi Savaş Sərdar məsələ ilə bağlı danışıb:
 
"Azərbaycanlı rəsmilər Məhəmmədin oyununu bəyənmişdilər. Onlar bizə bu məsələ ilə bağlı təklif göndərdilər. Biz də gənc futbolçumuzun yolunu açdıq. İstəyirk ki, onun təcrübəsi artsın".
 
16 yaşlı Məhəmməd Can Tuner millimizə cəlb olunmasından belə danışıb:
 
"Hazırki vəziyyət gələcəkdə Türkiyə millisini seçməyimə mane olmayacaq. Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan millisinin formasını geyinməyimlə bu iki ölkə arasında xüsusilə də futbol sahəsində fərqli bir işbirliyi yaranar".

Xəbər xətti