Samir Abasov daha bir futbolçudan imtina etdi: "Bu transfer bizə faydalı olmayacaq"

15:04 - 12 İyun 2016

"Sumqayıt" Tağızadənin xidmətlərində maraqlı deyil
 
"Rəvan"ın futbolçusu Ruslan Tağızadənin "Sumqayıt"a keçəcəyi haqda söz-söhbətlər yayılıb.
 
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov Tağızadənin komandaya transfer edilməsini istəməyib və bu transferin komandaya fayda verməyəciyini bildirib.
 
Qeyd edək ki, "Sumqayıt" "Qarabağ"dan Fərhad Vəliyevi sıralarına qatıb.

Xəbər xətti