"Axtarışlarımız davam edir"
“Qarabağ” Çempionlar Liqasında mübarizəyə hazırlaşır. Ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsinə düşən “Qarabağ”dan bu il də yaxşı nəticə gözləyirlər. Bəzi legionerlərlə yollarını ayıran çempionumuzun avrokuboklar öncəsi heyətə əl gəzdirəcəyini ehtimal etmək çətin deyil.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan transferlərlə bağlı məlumat aldıq. Sportal.az saytına açıqlama verən Qurban bəy axtarışların davam etdiyini dedi:
“Minimum 2 transfer etmək istəyirik. Heyətimizə səviyyəli hücumçu qatmaq niyyətindəyik. Hələ ki, axtarışlarımız davam eləyir”.
Qeyd edək ki, arxada qalan mövsüm “Qarabağ” üçün uğurlu alınıb. Avroliqada qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun komandası həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazanıb.
saytlarin hazirlanmasi