SON DƏQİQƏ: Premyer Liqada 8 komandanın oynayacağı rəsmiləşdi

11:11 - 13 İyun 2016

2016/17 mövsümü üçün
 
Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. 
 
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqanın 2016/17 mövsümü ilə bağlı qərar verilib. İcraiyyə Komitəsində bildirilib ki, yeni çempionat üçün 8 klubdan başqa lizenziya tələblərinə yerinə yetirən olmayıb. Premyer Liqada 2016/17 mövsümü 8 komandanın iştirak ilə, 4 dövrədə keçiriləcək.
 
Qeyd edək ki, "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klublarına lisenziya verilib.

Xəbər xətti