"Heç bir klub lisenziya almaqla bağlı müraciət etmədi"
PFL-nın prezidenti Ramin Musayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Premyer Liqanın yeni mövsümü 8 komandanın iştirakı ilə keçiriləcək…
- Bundan əvvəlki iclasdan sonra klublara vaxt verilmişdi. Amma heç bir klub lisenziya almaqla bağlı müraciət etmədi. Sanki elə düşünürdülər ki, AFFA onlara məcbur lisenziya verəcək. Sponsor olsa da, sənədləşmə mütləq aparılmalıdı. "Xəzər Lənkəran” və "Rəvan”ın Premyer Liqada qalması müzakirə olundu. Ancaq onların borclarının çox olması çempionatda qalmalarını imkansız etdi.
- Çempionat və ölkə kubokundan başqa Liqa kubokunun da keçirilməsi gündəmdə idi…
- Biz çempionatın təqvimini hazırlayan zaman millinin baş məşqçisini dəvət edirik və müzakirələr aparırıq. Onun istəyindən çox şey asılı idi. Əvvəlki baş məşqçinin nazı ilə oynamağa məcbur idik. Bizi tənqid etsəniz də, belə idi. Şükür, indiki baş məşqçi əvvəlinə nisbətən insaflıdı. Bir-birimizi başa düşürük. İmkan olsa, əlavə bir turnir keçirə bilərik.
- Legioner rüsumunun azaldılması sözsüz, PFL-in büdcəsinə təsir edəcək. Bu hakimlərin qonorarının ödənilməsinə necə, problem yaratmayacaq?
- Hakimlərin qonorarını PFL yox, AFFA ödəyir. PFL klubların səsverməsi ilə yaradılıb və rəhbəri səsvermə ilə seçilir. Bu gün klubların mənafeyini qorumağa çalışdım. Legionerlər üçün rüsum 5 minə endirildi. İndiki böhran dövründə klublar üçün bir jest oldu.
- Azarkeşlərlə polis münasibətində də tez-tez problemlər yaranır. Bu məsələni müzakirə etdinizmi?
- Əvvəl polis orqanlarında işləmişəm. Bununla fəxr edirəm. Təhlükəsizliyimizin təmin olunmasında polislərin əməyi danılmazdı. Unutmayaq ki, "Neftçi” – "Xəzər Lənkəran” oyunu birtərəfli, rəqib azarkeşlər olmadan keçirilirdi. Səbəbkarı həmin azarkeşlərdi. Birtərəfli yanaşmayaq. Ölkə kubokunun final oyunu zamanı azarkeşlər fişəng yandırdılar. Biz polislərdən xahiş etmişdik ki, onlara toxunmayın. Elə də oldu. Amma oyundan sonra azarkeşlər stadiona axışmaq istəyirdilər. Yaxşı, onlar stadiona düşsəydilər və sözləri çəp gəlsəydi, nə edəcəkdik?
saytlarin hazirlanmasi