"Sumqayıt"da qalacaq
Vaqif Cavadovun "Neftçi"dən və Türkiyə klublarından təklif aldığı haqda məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Vaqif Cavadov "Neftçi" ilə ortaq məxrəcə gələ bilməyib. Türkiyə klublarının təkliflərini dəyərləndirməyən Cavadov "Sumqayıt"la yenidən masa arxasına oturub. 27 yaşlı futbolçu "kimyaçılar"la 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Vaqif Cavadov 2016-cı ilin qış transfer pəncərəsində "Sumqayıt"la müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi