1 illik müqavilə imzalandı
Mövsüm başa çatdıqdan sonra Bakının "İnter” klubundan ayrılan Georgi Lomayanın yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, gürcüstanlı əlcək sahibi karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı qolkiper "Dinamo” (Tbilis) klubu ilə münasibətlərini rəmsiləşdirib.
Lomaya son Gürcüstan çempionu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lomaya 2009-cı ildən ölkəmizdə çıxış edirdi. O, "İnter”in heyətində 126 oyunda forma şansı qazanmışdı.
saytlarin hazirlanmasi