"Qarabağ"dan ayrılan futbolçu Hollandiya klubu ilə razılığa gəldi

01:43 - 15 İyun 2016

Armenteros "Herenven"lə razılığa gəldi
 
Mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılan Samuel Armenterosun Hollandiyanın "Herenven" klubu ilə danışıqlar apardığı haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, isveçli hücumçusu sabiq komandası "Herenven"lə razılığa gəlib. 26 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Samuel Armenteros 2006/08-ci illərdə "Herenven"in aşağı yaş qruplarından çıxış edib. 2008/09 mövsümündə əsas komandaya dəvət edilən Armenteros klubda debüt edə bilməyib.

Xəbər xətti