A və B qrupu
Bu gün Avropa çempionatının qrup mərhələsinin II turuna start veriləcək.
Sportal.az xəbər verir ki, A qrupunda 2, B qrupunda isə 1 oyun keçiriləcək.
Günə B qrupunda qərarlaşan Slovakiya və Rusiya millilərinin matçı ilə start veriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
A qrupunda turnirə qələbə ilə başlayan İsveçrə millisi ilk turda Fransaya məğlub olan Rumıniya ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.
Qrupun digər matçında isə "Qarabağ"ın futbolçu Ansi Aqollinin formasını geyindiyi Albaniya millisi turnirin favoritlərindən hesab edilən Fransa ilə üz-üzə gələcək. İlk turda məğlub olan albanlar bu oyunda qalib gəlməyə çalışacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avropa Çempionatı
Qrup mərhələsi, II tur
B qrupu
17:00 Rusiya - Slovakiya 1:2
QOLLAR: Vladimir Vays, 32, Marek Hamşik, 45 - Denis Qluşakov
Baş Hakim: Demir Skomina (Sloveniya)
Stadion: Stade Perre-Mauroy
A qrupu
20:00 Rumıniya - İsveçrə 1:1
QOLLAR: Boqdan Stanku, 18 (pen.) - Admir Mehmedi, 57
Baş hakim: Sergey karasev (Rusiya)
Stadion: Parc des Princes
23:00 Fransa - Albaniya 2 - 0
QOLLAR: Antuan Qrizman, 90, Paye, 90+5
Baş hakim: Uillam Kollum (Şotlandiya)
Stadion: Stade Velodrome
saytlarin hazirlanmasi