Ağayev paytaxt klubunda
Bakının "İnter" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "bankirlər" "Sumqayıt"dan ayrılan daha bir futbolçu ilə razılığa gəlib. "Kimyaçılar"la yeni müqavilə imzalamayan Murad Ağayevin növbəti mövsümdən etibarən "İnter"in şərəfini qoruyacağı gözlənilir.
Qeyd edək ki, "İnter" Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlı ilə güclənib.
saytlarin hazirlanmasi